ANA SƏHİFƏ>Sosial

24-10-2016, 00:45


Nazirlik Xəzər dənizinə çirkab sularının axıdılmasına reaksiya verib

Nazirlik Xəzər dənizinə çirkab sularının axıdılmasına reaksiya verib

Oxunub:220


Avqustun 11-də musavat.com-un Hövsan qəsəbəsindəki Bağlar massivinə çirkab sularının axıdılması ilə bağlı hazırladığı materiala Ekologiya və Təbii Sərvətlər Nazirliyi münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova musavat.com-a bildirib ki, göndərdiyimiz sorğunu aldıqdan sonra dərhal məsələni araşdırıblar: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Hövsan qəsəbəsində çirkab sularının dənizə axıdılması ilə bağlı daxil olmuş şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Araşdırma zamanı Hövsan qəsəbəsi, Bağlar massivi adlanan ərazidə fərdi yaşayış evlərində formalaşan çirkab sularının birbaşa Xəzər dənizinə axıdılması faktı öz təsdiqini tapıb. 
Faktla bağlı əraziyə xidmət göstərən Suraxanı Su-Kanal İdarəsinin rəisi Əbulfəz Kərimzadə barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub. Mövcud çatışmazlıqların təcili aradan qaldırılması üçün Suraxanı Su-Kanal İdarəsinə icrası məcburi olan “Məcburi göstəriş” verilib”.
dle