Bakıda arvadının qətlini sifariş verən şəxsə 16 il cəza kəsildi

Bakıda arvadının qətlini sifariş verən şəxsə 16 il cəza kəsildi

Oxunub:893


Bakıda boşandığı arvadına mülk vermək istəməyən və onun öldürülməsini sifariş etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Qətli törətməkdə təqsirləndirilən Elşad Həsənov da sifarişçi olmaqda təqsirləndirilən Rüstəm Rzayev də azadlıqdan məhrum edilib.

Hökmə əsasən Elşad Həsənov və Rüstəm Rzayev hərəsi 16 müddətinə azadlıqdan məhrum ediliblər.

Hadisənin təfərrüatı ilə bağlı onu qeyd edək ki, qətlin sifarişçisi Rüstəm Rzayev sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Onun Zabrat-Maştağa yolunun üstündə ticarət obyekti var və o, əsasən meyvə-tərəvəz məhsullarının topdan satışı ilə məşğul olurmuş.

Həyat yoldaşı Sevil Rzayeva ilə münasibətlərində problem yaranan R.Rzayev ondan ayrılmağa qərar verib. 2016-cı il, yanvar ayının 18-də məhkəmə onların boşanması ilə bağlı məsələyə baxacaqmış. Ərinin ondan boşanmasında israrlı olduğunu görən mərhum Sevil Rzayeva həyat yoldaşından ona məxsus evdən və obyektdən pay verməsini tələb edib.

R.Rzayev bundan sonra qətli planlaşdırıb. Çünki R.Rzayev arvadına boşandıqdan sonra mülklündən pay vermək istəməyib. Bu məqsədlə də ər 48 yaşlı arvadının qətlə yetirilməsi üçün Elşad Həsənova 2 min manat verib. Qadın yaşadığı mənzildə qətlə yetirilib.

Onun meyitini ilk olaraq, mərhumun oğlu Ruslan Rzayev görüb. O, qətl barədə məlumatı atasına verib. Atası isə özünü heç nə olmamış kimi aparıb.

Oğul ilk ifadəsində bildirib ki, atası və anası arasında münaqişə əvvəldən olub. Məlum olub ki, Rüstəm Rzayev evi tərk edibmiş və qardaşıgildə yaşayırmış. O, öz evinə hər gəlişində həyat yoldaşı Sevil Rzayeva ilə aralarında dava olurmuş, qadın bu hadisələrlə bağll polisə müraciət edirmiş.

dle