ANA SƏHİFƏ>Dünya

7-06-2017, 23:48


Laricaninin terakt açıqlaması şok yaratdı

Laricaninin terakt açıqlaması şok yaratdı

Oxunub:1564


ran parlamentinin sədri Əli Laricani bu gün səhər parlament binasında baş vermiş terrora münasibət bildirib.

 Ə.Laricani olayı kiçik bir hadisə adlandırıb: "Bir neçə qorxaq terrorçu parlamentin binasına soxulub və onlara qarşı ciddi tədbirlər görülüb. Elə də böyük şey deyil. Bu hadisə onu göstərir ki, terrorçular İran üçün problem yaratmaqda maraqlıdır. İran terrorizmlə mübarizədə fəal və təsiredici gücə malikdir, istəyirlər ki, İranın bu simasını korlasınlar. Təhlükəsizlik qüvvələri hökmən onlara qarşı ciddi ölçü götürəcək".

Qeyd edək ki, İran parlamentində bir, Xomeyninin məqbərəsi önündə isə 2 terrorçu özünü partladıb, 7 ölü, 33 yaralı olduğu bildirilir. Son məlumata görə, parlamentin digər binasında da atışma başlayıb.

Bununla bərabər, KİV "İmam Xomeyni" metrosunda da partlayış baş verdiyini açıqlayıb.

dle