ANA SƏHİFƏ>Dünya

7-06-2017, 23:46


Xomeyninin məzarında daha bir partlayış

Xomeyninin məzarında daha bir partlayış

Oxunub:1598


İran İnqilabının rəhbəri Ayətullah Xomeyninin məzar kompleksinin ətrafında atışma başlayıb.

Bu barədə İran dövlət televiziyası məlumat yayıb. Xəbərdə bildirilir ki, Ayətullah Xomeyninin türbəsi önündə baş verən silahlı hücumda yaralananlar var.

“Anadolu” və “Tasnim” agentlikləri də atışma və yaralıların olduğunu təsdiqləyib.

Atışma zamanı 5 nəfər yaralanıb, 2 nəfər həlak olub. Hücum edənlərin biri özünü partladıb, digər ikisi isə tutulub.

***

Son məlumata görə, Xomeyninin qəbrinə bomba yerləşdirilib. Hazırda bombanın zərərsizləşdirilməsi üçün tədbirlər görülür.

İRNA Xomeyninin məzarı önündə 2 nəfərin öldüyünü təsdiqləyib.

***

“Mehr” agentliyi Xomeyninin məzarı yaxınlığında qoyulan partlayıcı qurğunun zərərsizləşdirildiyi barədə xəbər yayıb.

***

Sputnik” nəşri Xomeyninin məqbərəsində özünü partladan terrorçu-kamikadzenin qadın olduğunu yazıb.

***

Xomeyninin məqbərəsi önündə özünü partladan qadın kamikadzenin partlayışdan sonrakı fotosu sosial şəbəkələrdə yayılıb.

Xüsusi təyinatlılar isə ikinci kamikadzeni zərərsizləşdiriblər.

Qeyd edək ki, İran parlamentində də atışma getdiyi bildirilir.

***

Terrorçulardan biri Xomeyninin məqbərəsi yaxınlığında intihar edib. Onun zəhər içərək özünü öldürdüyü bildirilir.

***

İLNA agentliyinin verdiyi məlumata görə, Xomeyninin məqbərəsi önündə daha bir kamikadze özünü partladıb.

dle