ANA SƏHİFƏ>Dünya

25-05-2017, 15:15


NATO qərarını verdi: Savaşa qoşulur - Təcili

NATO qərarını verdi: Savaşa qoşulur - Təcili

Oxunub:1136


NATO İŞİD əleyhinə koalisiyaya qoşulmaq barədə artıq qərar verib.

Bu barədə məlumatı Fransanın AFP xəbər agentliyi diplomatik mənbələrə istinadla yayıb.

Agentlik NATO üzvü olan 28 ölkənin İŞİD əleyhinə koalisiyada iştirak edəcəyi barədə qərarını verdiyini bildirib. NATO qeyd edilən məsələ barədə qərarını rəsmi olaraq açıqlamayıb.

Qeyd edək ki, ABŞ Prezidenti D.Trampın da iştirakı gözlənilən NATO sammiti sabah keçiriləcək. NATO baş katibi Stoltenberq Alyansın Suriyada Amerikanın rəhbərlik etdiyi koalisiyaya qoşulması imkanlarının müzakirə ediləcəyini az öncə açıqlamışdı. Sabah NATO-nun koalisiyaya rəsmən daxil olduğunu elan edəcəyi gözlənilir.

dle