ANA SƏHİFƏ>Dünya

2-05-2017, 14:36


300 milyon il əvvəl bu ölkələrlə qonşu idik - Foto

300 milyon il əvvəl bu ölkələrlə qonşu idik - Foto

Oxunub:1275


Dünyanın 300 milyon il əvvəlki siyasi xəritəsi hazırlanıb.

“İndy100.com” saytı tərəfindən hazırlanan xəritədə hazırkı dövlətlərin 300 milyon il əvvəlki ehtimal edilən sərhədləri əks olunub. Vahid “Pangeya materiki”nin əks olunduğu xəritədə demək olar ki, dünyanın bütün ölkələrinin sərhədləri dəyişib.

Yeni xəritədə Azərbaycan ərazilərinin kiçik bir qismi, cənub qonşumuz İranın isə böyük hissəsi su altındadır. Bu, xüsusilə, İranın mərkəz bölgələrinə aiddir.

Bu xəritədə Türkiyə artıq qonşumuz deyil.

Əgər indiki dövlətlər 300 milyon il əvvəl olsaydı, onda ABŞ Mərkeşlə, Braziliya Qabonla, Kanada isə Portuqaliya ilə sərhəd olardı.

Qeyd edək ki, Alfred Vegener tərəfindən irəli sürülən fikrə əsasən, Yer vaxtilə Pangeya quru sahəsindən ibarət olub. 335 milyon il əvvələ aid olan bu quru ərazi 220 milyon il öncə iki hissəyə - Lavraziya və Qondvanaya parçalanıb. Sonradan bu iki materikdə də parçalanmalar olub. Nəticədə Lavraziyadan Avrasiya və Şimali Amerika materikləri, Qondvanadan isə Afrika, Avstraliya, Antarktida, Cənubi Amerika yaranıb.

Qondvanadan ayrılan Ərəbistan və Hindistan yarımadaları da Avrasiya materikinə birləşir. Bu parçalanmalar nəticəsində Tetis okeanı yox olur. Nəticədə Aral, Xəzər, Qara və Aralıq dənizləri yaranır.

Tavaların birləşməsi həmçinin Himalay, Alp, Pamir, Karpat, Qafqaz kimi dağların ortaya çıxmasına səbəb olur.

dle